19.04.2024 10:09
Oxunub: 10 dəfə

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.
Onun meyiti eyvanda asılı halda aşkar edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakı Dövlət Universitetindən SonXeber.Biz-a Ramil Nəsirovun vəfatı ilə bağlı bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub:
"2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi".

Foto

Günün Top 10 Xəbəri