29.03.2024 09:36
Oxunub: 8 dəfə

Bankda uşağın adına yığılan pul boşanmalar zamanı bölünür? - VİDEO

Nikah dövründə ailənin ümumi əmlakının bölünməsi çox vacib məsələlərdən biridir. Çünki evlilik zamanı alınan yaxud hədiyyə olunan əmlakların boşanmalar zamanı bölünməsi tərəflər arasında çəkişmələrə səbəb ola bilir.
SonXeber.Biz xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Cəlal Abdullayev "Apa TV"yə açıqlama verib. Onun sözlərinə görə, nikah müqaviləsinin imzalanması tərəflərin birgə nikah dövründə əldə ediləcək əmlakların taleyini həll edə bilər. Nikah müqaviləsi imzalanmayıbsa əmlakın bölünməsi ilə bağlı 3 il müddətinə ər yaxud arvad tərəfindən iddia qaldırıla bilər.
"Ümumi əmlakın bölünməsi ilə bağlı iddia müddəti 3 ildir. Tərəflər boşandığı haldan 3 il müddətinə əmlakın bölünməsi tərəfindən ər yaxud tərəfindən iddia verilə bilər. Nikah müqaviləsi bağlamayıbsa ər-arvadın birgə mülkiyyəti, onların ümumi qazancı nəzərdə tutulur".
Bəs ümumi əmlaka nələr daxil deyil?
"Mülki Məcəllədə belə bir istisna var ki, fərdi və zinət əşyaları şəxsin öz mülkiyyəti hesab olunur. Ümumi əmlaka daxil edilmir. Əgər qızıllar hədiyyə olaraq verilibsə, bunlarda həmin şəxsin öz əmlakı sayılır. Bunlarda ümumi əmlak hesab olunmur".
Ətraflı "Apa TV"nin süjetində:

Günün Top 10 Xəbəri