15.09.2021 11:36
Oxunub: 8 dəfə

Bakıda yürüşlərlə əlaqədar bağlanan yollar açıldı

15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşlər ilə əlaqədar olaraq bağlanan yollar açılıb.
Bunu SonXeber.Biz-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - "İçərişəhər" metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı – "AzNeft" dairəsi - Bəhram Gur heykəlinə qədər, ikinci marşrut S.Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olan yürüşlə əlaqədar bağlanan yollarda hərəkət tam bərpa olunub:
"Bütün istiqamətlər üzrə nəqliyyat vasitələri sərbəst hərəkət edə bilər". SonXeber.Biz Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 36   Tarix: 15 sentyabr 2021   Şikayətiniz varsa Whatsapp: 055 3906818Facebookda Paylaş

Foto

Foto

Ən çox oxunanlar