05.02.2023 10:18
Oxunub: 20 dəfə

Bakıda yol qəzasında 23 yaşlı gənc ağır xəsarət alıb

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc Baxşəliyev Namiq Ağabala oğlunun ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində N.Baxşəliyev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək, qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Günün Top 10 Xəbəri