17.04.2024 08:18
Oxunub: 3 dəfə

Bakıda yeddi yaşlı uşağı motosiklet vurub

Bakının Nərimanov rayonunda yeddi yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 2017-ci il təvəllüdlü N.Əliyeva yolu keçərkən motosiklet onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Günün Top 10 Xəbəri