25.03.2024 14:45
Oxunub: 12 dəfə

Bakıda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.
14:31
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən SonXeber.Biz-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.

Günün Top 10 Xəbəri