18.04.2024 16:18
Oxunub: 7 dəfə

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb.
SonXeber.Biz xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
11:49
Bakıda evdən qızla oğlanın meyiti tapılıb.
SonXeber.Biz Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən evlərdən birində 37 yaşlı Ə. Ə. və 25-30 yaşlarında hamam otağında aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Günün Top 10 Xəbəri