06.04.2024 23:18
Oxunub: 16 dəfə

Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı

Bakıda naməlum qadın meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, dünən saat 16 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, 56 ünvanındakı binanın arxasında qadın meyiti aşkar olunub.
Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda naməlum meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Günün Top 10 Xəbəri