29.03.2024 08:54
Oxunub: 9 dəfə

Bakıda avtomobil polis əməkdaşını vurub

Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Binə qəsəbəsində yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Hüseyn Məhərrəm oğlu Qulamovu avtomobil vurub.
O, digər polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Günün Top 10 Xəbəri