16.04.2024 10:27
Oxunub: 5 dəfə

Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər - Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə o, jurnalist Nuranə Gülərə danışıb.
Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər.
"12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər, "hə" məclisi olmuşdu. Lakin anam yaşımın tamam olmasını istəmişdi. Amma Hüseynov Oqtay Ələkbər oğlu 4 aydan sonra məni qaçırdı. O, Biləsuvarda yaşayırdı, Türkanda işləyən vaxt məni görmüşdü.
Mənim oxuyub həkim olmaq kimi arzularım var idi. Amma hamısı ürəyimdə qaldı.
Məni paltar almaq adı ilə aldadıb. qaçırdı. Biləsuvara gətirəndə anası və atası ona dedi ki, haradan götürmüsənsə, apar qaytar yerinə. Oğlan cavab verdi ki, daha gətimişəm və aparmayacağam. Sonra oğlan you oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Sonra övladım 8 aylığında doğuldu. Xəstəxanada mənim neçə yaşımın olmasını gizlətdilər. Məıni qayınatam da, qayınanam da məni döyüblər",-12 yaşında qaçırılan Ülkər bildirib.

Günün Top 10 Xəbəri