14.01.2022 00:54
Oxunub: 58 dəfə

Bağçada uşağı vuran "tərbiyəçi" ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Xəbər verdiyimiz kimi, bağçada "tərbiyəçi"nin azyaşlı uşağın başına qəddarcasına vurduğu əks olunan video sosial şəbəkələrdə səs-küyə və haqlı etirazlara səbəb olub.
SonXeber.Biz-ın məlumatına görə, məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlama verib.
O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlayıb:
"Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər yayılıb.
Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".
ZAİRA AKİFQIZI
Ən çox oxunanlar
Üç güləşçimiz Avropa çempionatında medal qazandı


SMS icazə ilə bağlı MÜHÜM AÇIQLAMA


"Fənərbaxça" evdə məğlub oldu


XTQ-nin şəxsi heyəti şəhid komandirin evinə baş çəkdi - Azyaşlı oğluna hərbi salam verdi - VİDEO


Məşhur azərbaycanlı model VƏFAT ETDİ - FOTO


Bakıda başına dəmir düşüb ölən qızın FOTOLARI


Ramiz Hüseynzadənin evindən FOTOLAR


"Doqquz gün öncə..." - Fərda Ramizin ölümündən YAZDI

