19.09.2023 11:27
Oxunub: 6 dəfə

"Azərenerji": "Laçında həlak olanlar əməkdaşlarımız deyil" - YENİLƏNİB
Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu "Azərenerji" ASC-nin əməkdaşları deyil.
Bu barədə BAKU.WS-ə qurumdan bildirilib.
Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
10:00
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan SonXeber.Biz-a bildirilib ki, "Ural" markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Araşdırma aparılır.
Günün Top 10 Xəbəri
Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO


Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş...


Ərdoğan Naxçıvan səfərindən danışdı


Ermənidən azərbaycanca etiraf:"Ermənilər millət deyil, azərbaycanlıları çox sevirəm" -VİDEO


Yeni doğulan uşağa Metamfetamin adı verdilər

