17.09.2023 20:54
Oxunub: 1 dəfə

Azərbaycanlı futbolçu Türkiyə klubuna qələbə qazandırdı
Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə klubu "Tuzlaspor"a qələbə qazandırıb.
"Report"un məlumatına görə, müdafiəçi I Liqanın V turunda "Adanaspor"la görüşdə fərqlənərək, buna nail olub.
90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol "Tuzlaspor"a doğma arenasında 3 xal bəxş edib - 2:1.
Bununla mövsümdə ilk qələbəsini qazanan "Tuzlaspor" hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Günün Top 10 Xəbəri
Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO


Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş...


Ərdoğan Naxçıvan səfərindən danışdı


Ermənidən azərbaycanca etiraf:"Ermənilər millət deyil, azərbaycanlıları çox sevirəm" -VİDEO


Yeni doğulan uşağa Metamfetamin adı verdilər

