06.04.2024 16:18
Oxunub: 9 dəfə

Azərbaycanın U-19 millisi ikinci oyunda da məğlub olub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununa çıxıb.
"Report" xəbər verir ki, yığma Latviyada Bolqarıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya uduzub - 0:4. Komanda aprelin 9-da Latviya ilə görüşəcək.

Günün Top 10 Xəbəri