17.04.2024 12:36
Oxunub: 4 dəfə

Azərbaycanın səslərini Aysel açıqlayacaq

"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub.
"Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bu missiya "Avroviziya-2009" təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub.
"12 points go to... Mayın 11-i İctimai Televiziyanın efirində bu əfsanəvi sözləri Aysel tərəfindən eşidəcəyik!", - telekanalın paylaşımında deyilir.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı "Özünlə apar" mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər. Yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.

Foto

Günün Top 10 Xəbəri