29.03.2024 13:36
Oxunub: 7 dəfə

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli SonXeber.Biz-a açıqlama verib:
O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:
"Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətinin artmasına bağlıdır. Ölkə ərazisində qızılınn qiyməti özü özlüyündə tənzimlənmir. Dünya bazarında hazırda qızılın qiyməti tarixi maksimumdadır. Bu kifayət qədər ciddi artımdır. Azərbaycan bazarında xariclə əlaqəli olduğu üçün qiymət artımıölkə ərazisində ciddi şəkildə müşahidə olunur".
Qeyd edək ki,Spot qızıl sessiya gedişatı zamanı 2 222,39 dollar rekord həddinə çatdıqdan sonra 1% bahalaşaraq bir unsiya üçün 2 208,3 dollar olub. Ötən gün Federal Rezerv Sistemi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb və 2024-cü ilin sonuna qədər 0,75% azaltmağı nəzərdə tutduğunu bəyan edib.

Günün Top 10 Xəbəri