16.04.2024 10:18
Oxunub: 5 dəfə

Azərbaycanda maaş və pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünya bazarında "Brent" markalı neftin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə 91 dolları ötüb. Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Neftin qiymətinin bahalaşması maaş və pesniyalara təsir edəcəkmi?
Bununla bağlı SonXeber.Biz-a danışan deputat Azər Badamov bildirib ki, dünyada baş verən müharibələr nəticəsində logistik nəqliyyat daşımalarda çətinliklərin yaranması dünya bazarlarında neftin qiymətinin artmasına təsir göstərmişdir:
"O cümlədən Qırmızı dənizdə daşımalarla bağlı problemlərin yaranması da dünya bazarında qiymət artımlarına səbəb olur. Neftin qiymətinin dünya bazarında bahalaşması neft istehsalçı ölkələri üçün mənfəətli görünsə də bunun ümumi iqtisadiyyata mənfi təsirləri də artır. Bu baxımdan neft qiymətlərin artmasına ancaq dövlət büdcə gəlirlərinin artması kimi dəyərləndirmək düzgün hesab etmirəm. Ölkəmiz üçün isə bu gün büdcə gəlirlərin artırılması həmişəkindən də çox lazımdır. Çünki, biz ermənilərin 30 ildə yerlə yeksan etdikləri əraziləri yenidən qururuq, keçmiş məcburi köçkünləri öz ata yurdlarına qaytarırıq. Görülən bütün işlər kənardan bir dəstək olmadan ancaq dövlətimizin iqtisadi imkanları ilə icra olunur. Bu baxımdan gəlirlərimizin artması keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması prosesini sürətlənməsinə töhfə vermiş olar. Maaşların və pensiyalar mütəmadi artırılır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması dövlət siyasətimizin təməlində dayanır. Hətta neft qiymətləri azalsa belə maaşların və pensiyaların artırılmasına zərurət yarananda dövlət başçımız bununla bağlı sərəncamlar imzalayır. Təbii ki, iqtisadiyyatımızın güclənməsi vətəndaşlatrın sosial rifahının daha da yaxşılaşmasına töhfə verir".

Günün Top 10 Xəbəri