21.07.2021 19:45
Oxunub: 3 dəfə

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SonXeber.Biz-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib. 2 527 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, bu günə qədər isə ümumilikdə 3 935 913 test icra olunub.

Foto

Ən çox oxunanlar