28.03.2024 12:27
Oxunub: 4 dəfə

Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - AÇIQLAMA

Kommunal xidmətlərinin qiymətinin artması evlərin və iş yerlərinin büdcəsinə təsir göstərir. Bu baxımdan vətəndaşları maraqlandıran əsas problemlərdən biri aqiyməti artmaqda olan kommunal xidmətlərdir. Bəs Azərbaycanda kommunal xidmətlərin ucuzlaşması baş verə bilər?
Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Xalid Kərimli SonXeber.Biz-a açıqlama verib:
"Azərbaycanda kommunal xidmətlərinin ucuzlaşması gözlənilmir. Burada zibildaşıma, ıift xidməti, qaz, işıq və su daxildir. Bu istiqamətdə qiymətlərin ucuzlaşması baş verməyəcək. Sözügedən xidmətlərin ucuzlaşması üçün isə heç bir əsas yoxdur. çünki bu istiqamətdə bir sıra problemlər var. Həmin problemlər həll edilməyənə qədər kommunal xidmətlərin qiymətinin dəyişməsi olmayacaq. Onsuzda həmin xidmətlərin qiymətləri qaldıranda müəyyən səbəblərə əsas gətirildi. Bu baxımdan həmin səbəblər aradan qalxmayıb".
Sevda Səfərova

Günün Top 10 Xəbəri