23.07.2021 10:27
Oxunub: 11 dəfə

Azərbaycanda dəhşət: Nişanlı oğlan qəzada öldü, 3 gün sonra toyu olacaqdı - FOTO

Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
SonXeber.Biz "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.
Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi "Mercedes" markalı 90-MP-585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.
Nəticədə yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı.
Faktla bağlı araşdırma aparılır.

Foto

Foto

Foto

Foto

Foto

Ən çox oxunanlar