28.03.2024 16:09
Oxunub: 7 dəfə
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb.
Bununla bağlı videonu sportinfo.az yayıb.
Belə ki, martın 17-də U-13 liqası çərçivəsində keçirilən "Turan Tovuz" FK - "Azəri" (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib.
Yayılan görüntülərdən aydın olur ki, E.Əliyev hakimin hansısa qərarından narazı qalıb və sürətlə meydana şığıyıb. O, əlindəki əşya ilə hakimə zərbə endirib.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin dünənki iclasında Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb.
Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.
Günün Top 10 Xəbəri
Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi
Dünən, 23:09
5
Qızıl bahalaşdı
Dünən, 23:09
4
Ana 3 yaşlı qızını caduya görə öldürdü
Dünən, 23:18
4
Dünyanın ən ölümcül iynəli heyvanı BU BÖCƏKDİR
Dünən, 22:18
4
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Dünən, 23:36
3
Rusiyada 14 futbolçu oyundan əvvəl zəhərlənib
Dünən, 22:09
3
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Dünən, 23:45
1