
Azərbaycanda ağır qəza - 2 ölü, 5 yaralı var - YENİLƏNİB
Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SonXeber.Biz-a bildirilib ki, nəticədə sürücü və sərniṣin qismində olan-Füzuli rayon sakinləri, Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
***10:02
Füzulidə ağır yol nəqliyyat hadisəsi baş verib.
SonXeber.Biz apa-ya istinadən xəbər verir ki, Həsənov Şaiq Hiday oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Qayıdış-5 qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı ağaca çırpıb.
Nəticədə Şaiq Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Cehun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Günün Top 10 Xəbəri









