17.04.2024 12:54
Oxunub: 5 dəfə

Azərbaycanda 17 yaşlı qız iki dəfə ailə qurub boşanan kişi ilə EVLƏNDİ - FOTO

Azərbaycanda 17 yaşlı qız iki dəfə ailə qurub boşanan 30 yaşlı kişi ilə ailə qurub.
SonXeber.Biz xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan qadın bildirib.
Qadın bildirib ki, həyat yoldaşı və ailəsi onu aldadıb:
"17 yaşımda ailə qurmuşam. Həyat yoldaşımın ailəsi paltarlarımı da yandırıb. Hər dəfə həyat yoldaşım mənə deyirdi ki, səni ABŞ-da, Fransada və Dubayda gəzdirəcəyəm. Mən deyəndəki ev işlərini bacarmıram. O, dedi ki, narahat olma hər şeyi ailəm edəcək, biz sadəcə gəzəcəyik. Sonradan bildim ki, mən həmin kişinin 3-cü ailəsiyəm. Birinci ailəsi Rusiyada, ikincisi isə Ağdaş rayonun yaşayır. Həyat yoldaşımın iki uşağı var. Mən bütün bunları toyumdan sonra bilmişəm. Anası deyir ki, səni oğlumdan ayırıb, başqasını alacam".

Foto

Günün Top 10 Xəbəri