27.03.2024 16:54
Oxunub: 13 dəfə

Azərbaycanda 14 yaşlı qız 30 manat pul və şəxsiyyət vəsiqəsini götürüb, evdən qaçıb

Azərbaycanda 14 yaşlı qız evdən qaçıb.
SonXeber.Biz xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Xanəliyeva Məryəmin əmisi bildirib.
Əmisi bildirib ki, Məryəm martın 25-də evdən çıxıb, avtobusa minib:
"Bir neçə gün öncə Məryəm anasına deyib ki, Murad Həsənzadə adlı oğlanla danışır. Məryəm Muradla sosial şəbəkədə tanış olub. Biz Muradın atası ilə əlaqə saxladıq".
Məryəmin anası bildirib ki, qızı bir neçə gün öncə Murad adlı oğlanla danışdığını söyləyib:
"Qızım Murad barədə bütün məlumatları mənə dedi. Mən qızıma başa saldım ki, hələ uşaqsan, vaxtı gələndə xeyirli birisi ilə ailə qurarsan. Qızım əşyalarını da yığıb, qaçmaq üçün hazırlaşırmış. Dəfələrlə qızımı başa salmağa çalışdım ki, Muraddan uzaqlaşsın. Məryəm evdən çıxanda 30 manat pul və şəxsiyyət vəsiqəsini götürüb".

Foto

Günün Top 10 Xəbəri