25.09.2022 23:18
Oxunub: 47 dəfə

"Azərbaycan mənim BMT-dəki məğlubiyyət dolu çıxışıma heç reaksiya vermədi" - Paşinyan - FOTO

"Faktiki Azərbaycan Paşinyanın BMT-dəki məğlubiyyət dolu çıxışına heç reaksiya vermədi".
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Twitter" mikrobloqunda yazıb.
O bildirib ki, İrəvan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyıb-tanımaması ilə bağlı suala cavab almayıb.
"BMT-dəki çıxışımda sadə bir sual verdim: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, onda sülh sazişinə getmək lazımdır. Təəssüf ki, hələlik müsbət reaksiya yoxdur. Sual budur ki, niyə?", - Paşinyan qeyd edib.
Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanın tanıyacağı xəritəni göstərməsini xahiş edib./Milli

Foto

Günün Top 10 Xəbəri