07.04.2024 22:45
Oxunub: 7 dəfə
Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım
Yarışa çox ciddi hazırlaşmışdım. Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım.
"Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüşü barədə jurnalistlərə açıqlamasında deyib.
İkiqat dünya və dördqat Avropa çempionu olan rəqibini üstələyərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 23 yaşlı güləşçi bunu son saniyələrdə bacardığını vurğulayıb: "Turnir Azərbaycanda təşkil olunduğu üçün ikiqat motivasiya ilə hazırlaşırdım. Dünya çempionatında sona 3 saniyə qalmış lisenziyanı əldən vermişdim. Burada isə əksinə, sona 3 saniyə qalmış lisenziya qazandım".
Günün Top 10 Xəbəri
Sahibkarların NƏZƏRİNƏ: İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq - AÇIQLAMA + VİDEO
Dünən, 08:18
5
Mayda niyə toy etməzlər?
Dünən, 23:09
3
Müğənninin aylıq gəliri ŞOKA SALDI - VİDEO
Dünən, 23:09
3
"Fənərbağça"nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər
Dünən, 23:18
3
Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı
Dünən, 22:36
2
Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"
Dünən, 22:45
2
"Real" İspaniya çempionu olub
00:45:11
1