15.04.2024 12:09
Oxunub: 7 dəfə

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.
Bu barədə SonXeber.Biz-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, Zəhra böyüklər, Şəms isə gənclər arasında bu nailiyyətə imza atıb.
Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Günün Top 10 Xəbəri