17.04.2024 09:45
Oxunub: 13 dəfə

Aytən Səfərova ağır qəzaya düşdü (VİDEO)

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.
8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobillə digər minik avtomobili toqquşub.
Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.
A.Səfərovanın ailəsindən "Qafqazinfo"ya bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur. (Qaynarinfo.az)

Günün Top 10 Xəbəri