18.09.2023 20:54
Oxunub: 3 dəfə

Avstraliyada universitetə bıçaq hücumu nəticəsində tələbələr yaralanıb

Avstraliyanın paytaxtı Kanberradakı Avstraliya Milli Universitetində bıçaqlı hücum olub.
SonXeber.Biz xəbər verir ki, hücum nəticəsində 1 tələbə ağır yaralanıb, 2 tələbə isə yüngül xəsarətlər alıb.
Bu barədə universitet özü açıqlama yayıb.
Faktla bağlı polis araşdırma başladıb.
Araşdırma nəticəsində 1 nəfər saxlanılıb.

Günün Top 10 Xəbəri