15.04.2024 20:54
Oxunub: 5 dəfə

Atasını bıçaqlayıb intihar etdi

Türkiyədə intihar hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Yaşadıqları evdə E.G. ilə atası M.G. arasında naməlum səbəbdən mübahisə yaşanıb. Mübahisə zamanı oğul atasını bıçaqla yaralayıb və hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə atasını yaralayan E.G.-nın meyiti yaxınlıqdakı meşəlik ərazidə ağacdan asılmış halda tapılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Günün Top 10 Xəbəri