
Atası Bred Pittin soyadını belə sildi - FOTOLAR
Bred Pitt və Ancelina Colinin 18 yaşlı qızı Zahara "Pitt" soyadını istifadə etmədiyi üçün sosial mediada gündəm olub.
SonXeber.Biz SonXeber.Biz-a istinadən xəbər verir ki, dünyanın məşhur cütlüyü Ancelina Coli və Bred Pitt 7 il əvvəl ayrılmaq qərarına gəliblər. Qalmaqallı boşanmadan sonra jurnalda cütlüyün uşaqlarının atası Bred Pittlə görüşmək istəmədiyi tez-tez yazılıb.
Məşhur cütlüyün qızı Zahara təhsil aldığı universitetdə qız tələbələrin qurduğu ilk qaradərili birliyə qoşulub. Birliyə qoşulma mərasimində çıxış edən Zahara özünü təqdim edərkən diqqətdən yayınmayan bir cümlə işlədib.
18 yaşlı Zahara özünü təqdim edərkən "Mənim adım Zahara Marley Coli. Los-Anceles, Kaliforniyadan gəlirəm" deyib. Zaharanın atasının soyadından istifadə etməməsi diqqət çəkib.


Günün Top 10 Xəbəri











