19.04.2024 15:09
Oxunub: 2 dəfə

Ata-anasını ödürən Fikrəti HANSI CƏZZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, Aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər. Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Fikrət Hakim oğlu Məmmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin təfərrüatlarını öyrənməkilə bağlı deyilib ki, ki, valideynlərini qətlə yetirən Fikrət Məmmədov narkotik istifadəçisi olub. Hətta daha əvvəl xuliqanlığa görə saxlanılıb və atasının başını daşla yarıb. Bütün bunları nəzərə alaraq, şübhəli qismində saxlanılan Fikrət Məmmədovu hansı cəza gözləyir?
Məsələ ilə bağlı hüquqşünas Sahib Məmməd SonXeber.Biz-a açıqlama verib:
" Əgər həmin maddə ilə ittiham olunsa və təqsiri sübut edilərsə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Zərurət olarsa onun psixi durumu ilə bağlı məhkəmə tibbi ekspertiza təyin oluna bilər. Narkotik qəbul etmək cinayət əməlini yüngülləşdirən hal deyil. Əksinədir".
Qeyd edək ki, Baş prokurorluq tərəfindən məsələ ilə bağlı araşdırma başlayıb. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Günün Top 10 Xəbəri