28.03.2024 17:36
Oxunub: 6 dəfə

Arvadını dəfələrlə bıçaqlayıb, ölməsini gözlədi

Türkiyənin İstanbul şəhərində 24 yaşlı Diləm Gül Karlı boşanmaq qərarına gəldiyi əri tərəfindən küçənin ortasında bıçaqlanıb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, Şübhəli ər Ferhat Karlı həyat yoldaşının ölümünü gözləyərkən saxlanılıb.
Gənc qadın uzaqlaşmaq istəyərkən Ferhat Karlı yanındakı çörək bıçağı ilə onun kürəyindən 7 bıçaq zərbəsi endirib. Qadın qan içində yerə yıxılarkən, əri onun ölümünü gözləyib. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Həmin şəxsin ötən ay həyat yoldaşını bıçaqlayaraq öldürən Ümit Karlının əmisinin oğlu olduğu öyrənilib. Polis hadisə ilə bağlı araşdırma başladıb.

Günün Top 10 Xəbəri