29.03.2024 17:09
Oxunub: 9 dəfə

"Arif müəllim elçiliyimdə "hə"mi verib"

Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi evində ziyarət edib.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. A. Babayevlə fotolarını paylaşan Gülay bunları yazıb:
"Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli kollec və Milli Konservatoriyada dərs deyib. Arif müəllim elçiliyimdə "hə"mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdü. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, Hacı. Mən səni çox istəyirəm".

Foto

Foto

Günün Top 10 Xəbəri