15.04.2024 21:18
Oxunub: 5 dəfə

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"ya 1:0 hesabı ilə qalib gəldiyi matçda əvəzedici heyətdə oynayan və meydana çıxa bilməyən Ardanın "Real"dan ayrılmaq istədiyi bildirilir.
Arda Gülər ​​gələn mövsüm ayrılmaq istədiyini açıqlayıb.
Xəbərin təfərrüatında baş məşqçi Karlo Ançelottinin də transfer fikrinə müsbət yanaşdığı bildirilib.
Rəhbərliyin nə qərar verəcəyinin bəlli olmadığı və Arda Gülərin gələcəyinin növbəti yay transfer pəncərəisndə formalaşacağı iddia edilib.
Qeyd edək ki, Arda bu mövsüm 7 matçda meydana çıxdığı "Real" ilə 98 dəqiqə meydanda qala bilib və 1 qol vurub.

Günün Top 10 Xəbəri