20.09.2023 23:18
Oxunub: 48 dəfə

Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər
Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər.
"Report" xəbər verir ki, onların fikrincə, COVID-19-un yeni növünü soyuqdəymə və allergiyadan fərqləndirmək çətindir. Ekspertlər düşünürlər ki, bu xəstəliklərin oxşarlıqları çoxdur.
Həkimlər COVID-19-un son vaxtlar yüngül keçdiyini söyləyirlər. Onlar iddia edirlər ki, yoluxmanı öyrənməyin yeganə yolu test verməkdir: "Əsas simptomlar burun tutulması, asqırmaq, yüngül boğaz ağrısıdır. COVID-19 qızdırmaya, baş ağrısına, yorğunluğa, öskürəyə səbəb ola bilər. Lakin bu əlamətlərə getdikcə daha az rast gəlinir".
ABŞ-ın elan etdiyi statistikaya görə, ölkədə yoluxma artsa da, ölüm hallarında azalma müşahidə olunur.
Günün Top 10 Xəbəri
İlham Əliyev: "Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır"


Eyyub Əliyev: "Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq"-VİDEOMÜSAHİBƏ


Şəhid qızı Şuşada məktəbə direktor təyin edildi


Azərbaycan Prezidenti: "Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların hüquqlarını da nəzərə almışdıq"


Prezident: "Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək"


Paşinyan Əliyevi təkrarlaya bilər: mövqeləri güclənir...

