06.04.2024 23:45
Oxunub: 14 dəfə

Alves həbsxanadan çıxdıqdan sonra ilk dəfə danışdı

Braziliya millisinin və "Barselona"nın sabiq müdafiəçisi Dani Alves qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edildikdən sonra öz həyatından danışıb.
Martın sonunda keçmiş futbolçu cəzası qanuni qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxılıb.
"Hər cümə günü qeydiyyatdan keçmək üçün məhkəməyə gedirəm. Bu qədər, mənim artıq işim yoxdur.
Oynamalı olduğum matç məhkəmə zalında keçirilir, amma bunun nə qədər davam edəcəyi barədə heç bir fikrim yoxdur.
Həbsxana həyatı? Harada olsam da, sağ qalacağam. Mən hər şeyə uyğunlaşıram, çünki insanı insan edən yer deyil. İndi özümü yaxşı və rahat hiss edirəm", - Alves bildirib.
Xatırladaq ki, ötən ilin yanvarında Alves Barselonada gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub.(SonXeber.Biz)

Günün Top 10 Xəbəri