
Aktyor kimi tanıdığımız Bred Pittin görün hansı bacarığı da var imiş - FOTOLAR
Məşhur Hollivud aktyoru Bred Pitti filmlərdə görməyə alışsaq da, onun bir çoxlarını təəccübləndirəcək bacarığı da var: bir neçə gün öncə ulduz Finlandiyanın Tamper şəhərində keçirilən kollektiv sərgidə heykəllərdən ibarət ilk sərgisini keçirib.
SonXeber.Biz xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Aktyorla birgə avstraliyalı müğənni Nik Keyv və britaniyalı rəssam Tomas Hausiqo da öz əsərlərini sərgiləyiblər.
Nik Keyv, Tomas Hausiqo və Bred Pitt
Bredin heykəltəraşlığı özbaşına öyrəndiyi vurğulanır.
Ümimilikdə 10 əl işini təqdim edən aktyorun əsərləri atışma əks olunan gips panno və ev formasında olan bir neçə heykəllərdən ibarətdir.
Qeyd olunur ki, Pitt bu işlə 2017-ci ildə, aktrisa Ancelina Coli ilə boşandıqdan sonra maraqlanmağa başlayıb. Los-Ancelesdə məşhur ulduzun özünün heykəltəraşlıq studiyası var. İlk öncə aktyor bu hobbisini ciddiyə almasa da, məşğuliyyət sərgidə iştirak etməklə nəticələnib.
Nik Keyvin əsəri:
Tomas Hausiqonun əsəri:









Günün Top 10 Xəbəri











