18.04.2024 11:09
Oxunub: 6 dəfə

Ağır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.
Bu barədə SonXeber.Biz-a TƏBİB-dən bildirilib.
Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.
Qeyd edək ki, ötən gün səhər saatlarında tanınmış teleaparıcı Aytən Səfərovanın iştirakı ilə Zığ şosesi ilə 8 Noyabr prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

Günün Top 10 Xəbəri