16.04.2024 22:54
Oxunub: 4 dəfə

Ad, ata adı və soyad necə dəyişdirilir? - CAVAB

Maraqlıdır, ad, ata adı və soyad necə dəyişdirilir?
Lent.az xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olarsa və atalığın qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmadığı hallarda uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə verilə bilər.

Günün Top 10 Xəbəri