31.03.2024 22:54
Oxunub: 8 dəfə

ABŞ hakimiyyəti "YouTube"dan istifadəçi məlumatlarını açıqlamağı tələb edib

ABŞ federal müstəntiqləri "Google"dan "YouTube" platformasında müəyyən videolara baxan bütün istifadəçilər haqqında məlumat verməsini tələb ediblər.
Bildirilib ki, hüquq-mühafizə orqanları Kentukki və Nyu-Hempşir ştatlarında "YouTube" istifadəçilərinin kimliyini öyrənməyə çalışıblar.
Birinci halda, gizli agentlər "bitkoin"ləri qanunsuz əldə etməkdə və pulların yuyulmasında şübhəli bilinən şəxsin kimliyini açıqlamaq istəyiblər. Bununla yanaşı, Nyu-Hempşir ştatında polis zibil qutusuna yerləşdirilən bomba haqqında anonim məlumatın müəllifini tapmağa çalışıb.
"Google"un belə bir sorğuya necə cavab verdiyi bilinmir.
Bir çox insan haqları təşkilatlarının məxfilik üzrə ekspertləri bu cür hərəkətləri konstitusiyaya zidd adlandırıblar.(SonXeber.Biz)

Günün Top 10 Xəbəri