29.03.2024 13:18
Oxunub: 14 dəfə

5,7 bal gücündə zəlzələ baş verdi

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə afterşoklar qeydə alınıb.
Yerli vaxtla saat 10.12-də Peloponnes yarımadasının qərbində qeydə alınan zəlzələnin Afina Geodinamika İnstitutu tərəfindən 5,8 bal gücündə qeydə alındığı bildirilib.
Yerin 18 kilometr dərinliyində baş verən zəlzələ ilə bağlı insan tələfatı və dağıntı barədə məlumat verilməyib.

Günün Top 10 Xəbəri