24.07.2021 00:09
Oxunub: 26 dəfə

2050-ci ilə qədər Yer kürəsində yaşayanların yarısı eynək taxacaq

Avstraliya və Sinqapur alimlərinin fikirinə görə, 2050-ci ilinə qədər Yer kürəsində yaşayan insanların yarısı miopiyadan (yaxınıgörmə) əziyyət çəkəcək.
ScienceAlert xəbər verir ki, alimlər 2 milyondan artıq iştirakçısı olan 145 araşdırmanın nəticələrini analiz ediblər. 2000-ci ildə dünya əhalisinin 22,9%-i müxtəlif dərəcəli miopiyadan əziyyət çəkirdi. Getdikcə bu rəgəmlərin artması müşahidə olunur.
Alimlər hesablayıblar ki, bu tendensiya saxlandıqda 2050-ci ildə dünya əhalisinin 50% miopiyadan əziyyət çəkəcək. Onlardan 10%-dən çoxunda ağır miopiya aşkar olunacaq.

Ən çox oxunanlar