16.04.2024 12:45
Oxunub: 4 dəfə

20 yaşlı hamilə qadın küçədə öldürüldü: Qardaşı və əmisi oğlu saxlanılıb

Türkiyədə 20 yaşlı hamilə qadını küçədə öldürülüb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, hadisə şübhəlisi kimi ölən qadının qardaşı və əmisi oğlu saxlanılıb.
Saxlanılan şübhəlilərin polis şöbəsində istintaqı davam edir.
Qətlin Besra Kırmızının "qaçaraq evləndiyi" əsası ilə törədildiyi iddia edilib. Sağlamlıq mərkəzindən çıxdıqdan sonra küçədə iki nəfər tərəfindən saxlanılan 20 yaşlı hamilə qadın silahla başından vurulub. Hadisə yerinə sövq edilən sağlamlıq qrupları hamilə öldüyünü müəyyən edib.
Hadisə ilə bağlı araşdırma davam edir.

Günün Top 10 Xəbəri