18.04.2024 22:36
Oxunub: 4 dəfə

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğv edilib.
2024-cü ilin noyabrında Qomez İngiltərənin Birmingem şəhərində keçirilən Dünya Çempionatında İspaniya milli komandasının heyətində yarışdı.

Günün Top 10 Xəbəri