25.05.2023 21:18
Oxunub: 31 dəfə

17 ildir yemək yemir- Qazlı içkilərlə yaşayır

"Qəribə bir hiss keçirtdim, sanki ağzımda tükə bənzər bir şey var idi. Hiss etdim ki, tükün əvvəli ağzımda, ucu isə qarnımdadır. Nə etsəm də, onu çıxarmaq qeyri-mümkün idi. Mən bunu həqiqətən təsvir edə bilmirəm, bu, həqiqətən dəhşətli bir hiss idi".
SonXeber.Biz türk mediasına istinadən xəbər verir ki, bu sözləri İranda yaşayan və 17 ildir yemək yeməyən Qulamrza Ərdəşiri adlı şəxs bildirib.
O, yemək yeyən zaman boğulduğunu hiss etdirən bir şey olduğunu deyib:
"Hamı fərqli həkim təklif etdi və xəstəliyimə diaqnoz qoymaq üçün çox səy göstərdilər. Amma heç bir diaqnoz qoyulmadı".
Ərdəşiri 17 ildir ki, yalnız qazlı içkilər qəbul edərək yaşayır. Bir qutu qazlı içkini bir qurtumda bitirdiyini deyən İran vətəndaşının gündə 4 saata yaxın yatdığı və üç litr qazlı içki qəbul etdiyi iddia edilir.

Günün Top 10 Xəbəri