16.04.2024 17:18
Oxunub: 2 dəfə

17-ci əsrə aid tarixi bina yanaraq kül oldu - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid tarixi birja binasında yanğın baş verib.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, baş verən yanğın nəticəsində binanın qülləsi yanaraq kül olub.
XVII əsrə aid tarixi binadakı yanğının yerli vaxtla saat 09:00 radələrində başladığı öyrənilib. Yanğının səbəbi hələ məlum deyil.
Binadakı insanlar yanğından xilas olmağa çalışarkən içəridəki bəzi tarixi rəsmləri də çıxarıb. Danimarka mətbuatı binanın yaxınlığındakı meydanın boşaldıldığını yazıb.

Günün Top 10 Xəbəri