Zümrüd Bədəlovanın Qəmli Gözləri: Təkliyə Aşiqəm!

News Image

Teleaparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə bağlı etirafları ilə gündəmə gəlib. O, təkliyi sevdiyini və daxilində fərqli hisslər yaşadığını bildirib.

Bədəlova tək qalmaqdan çəkinmədiyini vurğulayıb:

“Gözlər çox təkdir, ona görə də qəmlidir. Təkliyə aşiqəm. Məni maraqlı yerlərə dəvət edirlər, amma getmək əvəzinə evdə çayımı dəmləyib filmə baxmağı üstün tuturam.”

O, kənardan enerjili görünsə də, daxilində fərqli hisslər olduğunu qeyd edib:

“Kənardan mənə çox enerjili deyirlər. Amma ürəyimizin qapısını aça bilən insan yoxdur. Ürəyimiz yanıb, kül olub.”

Zümrüd Bədəlova keçmiş münasibətlərində yalançı jestlərə inandığını, lakin indi aldanmadığını söyləyib. O, sadə bir gül dəstəsinin belə qadını xoşbəxt edə biləcəyini vurğulayıb.

Bu səmimi etiraflar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.