Tanınmış aktrisa Xuraman Əliyeva sosial mediada şəxsi etirafları ilə gündəmə gəlib. Keçmiş həyat yoldaşının xəyanəti barədə danışan aktrisa, göz yaşlarını saxlaya bilməyib və yaşadığı acını bölüşüb.
Xuraman Əliyeva bildirib ki, bir insanın sevdiyi şəxs tərəfindən xəyanətə uğraması çox sarsıdıcıdır:
“Hər şey insanın gözü önündə baş verəndə daha çox təsir edir. Başqasından eşitmək başqa, amma öz gözlərinlə görüb, qulaqlarınla eşidəndə çox pis təsir edir.”
Aktrisanın bu səmimi açıqlaması sosial media izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. İzləyicilər Xuraman Əliyevaya dəstək mesajları yazıb, onun hisslərinə şərik olublar. Onun bu paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.