Xalq Artisti Naibə Allahverdiyevanın Qızının Toy Tarixi Açiqlandi!

News Image

Xalq Artisti Naibə Allahverdiyeva qızının toyu ilə bağlı həyəcanını bölüşdü

Xalq artisti Naibə Allahverdiyeva qızının toyu ilə bağlı danışıb. Aktrisa, bütün valideynlər kimi, övladının xoş gününü görmək arzusunda olduğunu və bu səbəbdən çox həyəcanlı olduğunu bildirib.

Naibə Allahverdiyeva qızının toy tarixini açıqlayıb: “Qızımın toyu inşallah aprelin 27-də olacaq. Toy etmək çox çətin imiş, bunu bilmirdim. Çox həyəcanlıyam ki, necə olacaq. Qızımın öz istəyidir. Müasir gənclər başqa cür düşünür. İnşallah, sona qədər belə olacaq. Çox yaxşı, tərbiyəli ailənin oğludur. Qızım bizi tanış edəndə fikir verdim ki, çox ailəcənabdır. Oğlum qədər sevirəm. Qeyri-adi oğuldur. Qarabağlıdırlar. Bir-birilərini toyda görüblər. Elə bilirəm ki, yuxudayam”.

Sənətçi qızının toyundan sonra Türkiyədə yaşayacağını da qeyd edib.

3